09:51 27-01-2016
news_image
739
TOP OYUNLARI

Bakı klubunun mərhələ adlamasına fayda verənlər - SİYAHI

Qadın voleybolçular CEV kubokunun 1/4 final mərhələsi çərçivəsində keçirilən “Azəryol” (Azərbaycan) – “Muşina” (Polşa) matçının statistikası açıqlanıb. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisinin 3:0 hesabı ilə qalib gəldiyi qarşılaşmanın qəhrəmanı Stefanı Niemer olub.

 

Amerikalı legioner 15 xal toplamaqla, bombardirliyə də şərik olub. O, komandamızın tailandlı hücumçusu Malika Kanzonqla hərəyə 15 xal toplayıb. Ziya Rəcəbovun digər yetirmələrindən Yekaterina Jidkova 14, Edina Dobi 9, Yelena Parxomenko 7 və Marin Apitz 2 dəqiq zərbəyə sevinib.

 

“Muşina”nın heyətində yenə Adela Heliç fərqlənib. İlk matçda 22 xal yığan hücumçunun bu dəfə 10 zərbəsi komandasına xal gətirib.

 

Qeyd edək ki, səfərdə 3:2 hesabı ilə uduzan “Azəryol” Bakıdakı “quru hesablı” qələbə sayəsində “Çelenc raund”a vəsiqə qazanıb.