19:30 27-01-2016
news_image
3977
TOP OYUNLARI

"Lokomotiv" tatarları darmadağın etdi - YENİLƏNİB

Bu gün qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsində VI turun oyunları baş tutub. Apasport.az saytının məlumatına görə, son tur çərçivəsində Bakının “Lokomotiv” klubu Kazan “Dinamo”sunu qəbul edib.

 

Hər 2 komanda pley-offa vəsiqə qazanmaqla yanaşı, turnir cədvəlində mövqeyini də təmin etdiyindən görüş formal xarakter daşıyıb.

 

Qarşılaşma təmsilçilərimizin başdan sona üstünlüyü şəraitində keçib. İlk iki hissədə asanlıqla qələbə qazanan "dəmiryolçular" üçüncü və həlledici setdə bir az çətinlik çəksə də, yekunda qələbə hesabını rəsmiləşdirə bilib.

 

Bununla da "Lokomotiv" xalını 12-ə yüksəldib.

 

VI tur

27 yanvar

A qrupu

“Lokomotiv” (Azərbaycan) – “Dinamo” (Kazan, Rusiya) - 3:0 (25:16; 25:21, 25:23)

Hakimlər: Sotirios Delikostidos (Yunanıstan), Miçlik Aqniejka (Polşa)

Bakı, “Azərreyl” İdman Bazası

 

 

1

Dinamo

6

5

1

15-5

481-410

15

2

Lokomotiv

6

4

2

14-8

521-460

12

3

Ştutqart

6

2

4

6-13

391-356

6

4

Azərreyl

6

1

5

6-15

431-498

3