17:32 27-01-2016
news_image
708
DİGƏR NÖVLƏR

Bakıda keçiriləcək İslamiadanın proqramında dəyişiklik edildi

2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəylik Oyunlarının  proqramında dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, mayın 12-22-də baş tutacaq İslamiadada klassik basketbol olmayacaq.

 

Yarışın startından proqramda olan idmanın bu növünü yeni növlə əvəzlənib. Belə ki, Bakı-2015-də olduğu kimi, İslamiada-2017-də də basketbolçular 3X3 növündə mükafatçıları müəyyənləşdirəcəklər.

 

Azərbaycan burada həm kişilərin, həm də qadınların yarışında qüvvəsini sınayacaq. Artıq bu məqsədlə hazırlığa başlayan komandalarımız Avropa çempionatına da qatılacaqlar.

 

Qeyd edək ki, 2005-ci ildə Səudiyyə Ərəbistanın Məkkə şəhərində keçirilən I İslam Həmrəylik Oyunlarında klassik basketbolda Azərbaycan millisi tarix yazmışdı. Həmin vaxt Rimas Kurtinaytisin rəhbərlik etdiyi yığmamız yarışın ilk qızıl medalına yiyələnmişdi.