10:10 28-01-2016
news_image
493
TOP OYUNLARI

“Dinamo”nun ikinci heyətinə gücünü göstərənlər

Qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsinin VI turunda keçirilən “Lokomotiv” (Azərbaycan) – “Dinamo” (Kazan, Rusiya) oyununun statistik göstəriciləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, görüşün ən məhsuldar oyunçusu qonaqların üzvü Darya İsayeva olub.
 
O, bu qarşılaşmada 19 xal əldə edib. Görüşdə Bakı klubunun 3:0 (25:16, 25:21, 25:23) hesablı qələbəsinə 18 xalla töhfə verən Aneta Havlikova təmsilçimizin ən yaxşısı olub.
 
Qonaqların ölkəmizə baş məşqçisiz və ikinci heyətlə gəlməsindən yararlanıb, qalib gələn “Lokomotiv”in daha bir legioneri Aleksandra Srnçeviç 13 xal toplayıb. Berit Kauffeldt və Yaroslava Pençova 8, Sonya Nyukomb 7 xalla komandamızın qələbəsində pay sahibi olub. Özge Kirdar Çemberci 3,  Hana Çutura və Oksana Kiselyovanın qazancı isə 1 xal olub.