15:21 28-01-2016
news_image
4474
TOP OYUNLARI

"Lokomotiv"in bəxtinə Natalya Məmmədova düşdü, ardınca türklər gəlir - YENİLƏNİB

Bu gün qadın voleybolçular arasında Çempionlar Liqasının püşkü atılıb. Apasport.az saytının məlumatına görə, Avropa Voleybol Konfederasiyasının mənzil-qərargahı Lüksemburqda baş tutan mərasimdə Bakının “Lokomotiv” klubunun da rəqibləri bilinib.

 

Paytaxt təmsilçisi qrupda ikinci yeri tutduğundan 1/6 finalda daha güclü klubla qarşılaşacaq. Belə ki, Karlo Parisinin yetirmələrinin bəxtinə İsveçrə çempionu “Volero” düşüb. Kapitanı Azərbaycan millisinin sabiq hücumçusu Natalya Məmmədova olan Sürix klubu pley-offa D qrupunun qalibi kimi yüksəlib. Onlar keçirdikləri 6 oyununun hamısında 3 xal qazanıblar. “Lokomotiv”lə “Volero”nun görüşü fevrala təsadüf edəcək. Bu cütün qalibi isə 1/3 finalda “Vakıfbank” (Türkiyə) - “Əczaçıbaşı” (Türkiyə) duelinin güclüsü ilə qarşılaşacaq.  

 

1/6 final

9-11 fevral/23-25 fevral

1. “Vakıfbank” (Türkiyə) - “Əczaçıbaşı” (Türkiyə)

2. “Lokomotiv” (Azərbaycan) - “Volero” (İsveçrə)

 

3. "Ximik" (Polşa) - “Fənərbaxça” (Türkiyə)

4. “Dresdner” (Almaniya) - “Dinamo” (Moskva, Rusiya)

 

5. “Uraloçka” (Rusiya) - “Dinamo” (Kazan, Rusiya)

6. “Atom” (Polşa) - “Pyaçentsa” (İtaliya)

 

1/3 final

8-10 mart/22-24 mart

7. 1-ci cütün qalibi – 2-ci cütün qalibi

8. 3-cü cütün qalibi – 4-cü cütün qalibi

9. 5-ci cütün qalibi – 6-cı cütün qalibi

 

“Dördlər finalı”

9-10 aprel

9-cu cütün qalibi - “Kasalmaqqiore” (İtaliya)

7-ci cütün qalibi - 8-ci cütün qalibi

 

Qeyd edək ki, yarışın “Dördlər finalı” C qrupunu lider kimi başa vuran “Kasalmaqqiore” klubuna həvalə edilib. Onlar ev sahibliyi hüququna yiyələndiyindən, pley-off mərhələlərindən azad olub. Kasalmaqqiore təmsilçisi yarışı yarımfinaldan davam etdirəcək. Onları pley-offda qrup mərhələsinin ən yaxşı 3-cüsü Polşa “Ximik”i əvəzləyib.