15:37 28-01-2016
news_image
3772
TOP OYUNLARI

“Azəryol” “Çelenc raund”da İtaliya klubu ilə qarşılaşacaq - YENİLƏNİB

Bu gün qadın voleybolçular arasında CEV kubokunun növbəti mərhələləri üçün püşk atılıb. Apasport.az saytının məlumatına görə, Lüksemburqda baş tutan mərasimdə Bakının “Azəryol” klubunun da rəqibi bilinib.

 

Komandamızın bəxtinə Çempionlar Liqasında 3-cü olaraq, CEV kubokunda oynamaq hüququ qazanan İtaliya “Novara”su düşüb. “Çelenc raund”da üz-üzə gələcək klubların ilk dueli Bakıda olacaq. Cavab matçı isə səfərə təsadüf edəcək.

 

Komandamız yarımfinala adlayacağı halda, rəqibi “Dinamo” (Krasnodar, Rusiya) / “Ştiinta” (Rumıniya) cütünün qalibi ilə “Ştutqart” (Almaniya) arasında oyunun güclüsü olacaq.

 

“Çelenc raund”

1. “Qalatasaray” (Türkiyə) - “İmpel” (Polşa)

2. “Şveriner” (Almaniya) / “Ximik” (Ukrayna) cütünün qalibi –

“Alba” (Rumıniya)

3. “Dinamo” (Krasnodar, Rusiya) / “Ştiinta” (Rumıniya) cütünün qalibi - “Ştutqart” (Almaniya)

4. “Azəryol” (Azərbaycan) - “Novara” (İtaliya)

 

1/2 final

5. 1-ci cütün qalibi – 2-ci cütün qalibi

6. 3-cü cütün qalibi – 4-cü cütün qalibi

 

Final

5-ci cütün qalibi – 6-cı cütün qalibi

 

Qeyd edək ki, “Çelenc raund”un oyunları fevralın 9-11-i və 23-25-i aralığında olacaq. Yarımfinal görüşü martın 8-də və 14-də, final matçları isə martın 29-da və aprelin 2-də keçiriləcək.