13:19 28-01-2016
news_image
579
TOP OYUNLARI

Azərbaycan çempionatının oyunu təxirə salındı

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında bu gün keçirilməli olan “Azəryol” – “Gənclik” matçı təxirə salınıb. Apasport.az saytının məlumatına görə, buna səbəb qonaq komandanın müraciəti olub.

 

Belə ki, “Gənclik”in oyunçuları “Azərreyl” və “Telekom”la səfərdə olduğundan klub matçın başqa vaxta keçirilməsini xahiş edib. Voleybol Federasiyası komandanın müraciətini müsbət dəyərləndirərək, XIII tur çərçivəsində keçirilməli olan qarşılaşmanı qeyri-müəyyən vaxta təxirə salıb.