17:23 29-01-2016
news_image
973
DİGƏR NÖVLƏR

Milliləşdirilmiş idmançımız Avropa çempionatında 3 nəfəri qabaqladı

Slovakiyanın paytaxtı Bratislavada keçirilən fiqurlu konkisürmə üzrə Avropa çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması yarışda bir nəfərlə təmsil olunub.

 

Ölkəmizin bir qədər öncə milliləşdirdiyi Larri Loupolover kişilərin mübarizəsində gücünü yoxlayıb. Lakin cəmi 17 yaşı olan ABŞ əsilli idmançı mükafatçılar sırasına düşə bilməyib. O, 44,46 xal toplayaraq, təsnifat yarışında iştirakını başa vurub. Bu nəticə Loupoloveri 35 idmançı arasında 32-ci edib.

 

Final mərhələsinə isə 24 idmançı yüksəlib.