00:01 30-01-2016
news_image
763
STOLÜSTÜ OYUNLAR

Şəhriyar Məmmədyarovdan ənənəvi nəticə

Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən “Tata Steel Chess” superturnirində 11-ci turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, şahmatçımız Şəhriyar Məmmədyarov bu turda ABŞ təmsilçisi Fabiano Karuana ilə qarşılaşıb.

 

Ağ fiqurlarla oynayan qrossmeysterimiz bu dəfə də ənənəvi nəticəsini qazanıb. Tərəflər 50-ci gedişdə sülhə razılaşıblar.

 

Qələbəsiz oyunlar seriyasını davam etdirən “Şah” bu nəticə ilə xalını 5.5-ə yüksəldib.

 

Qeyd edək ki, növbəti turda çinli Vey Yi ilə qarşılaşacaq Məmmədyarov keçirdiyi 11 oyunda 7 dəfə bərabərliyə razılaşıb. İki qarşılaşmada qələbəyə sevinən təmsilçimiz eyni sayda da məğlubiyyətə üzülüb.