18:45 30-01-2016
news_image
436
TOP OYUNLARI

"AZTOP" 3-cü pilləni ələ keçirdi

Kişi basketbolçular arasında Azərbaycan çempionatında IX turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, bu gün turun 4 qarşılaşması baş tutub.

 

23-cü dəfə təşkil olunan ölkə birinciliyində baş tutan oyunlardan ən böyük maraq doğuranı "AZTOP"la "Baku Oilers" arasında olub. Böyüj fərqlə qalib gələn birincilər 3-cü pilləni rəqibindən ala bilib.

 

“Bakı” “Araz”ın müqavimətinə rast gəlsə də, digər iki görüşdə tərəflərdən biri çətinlik çəkmədən 2 xal əldə edib.

 

IX tur 

"Araz" – "Bakı" - 79:83
"AZTOP" – "Baku Oilers" - 86:52
"NTD" BK – - "Dərviş" - 67:55
BDU – "Sıçrayış" BK - 39:91

 

yer

komanda

O

Q

M

T/F

X

1

NTD

9

8

1

698-506

17

2

Bakı

9

8

1

743-642

17

3

AzTOP

9

6

3

668-521

15

4

Baku Oilers

9

5

4

623-632

14

5

Sıçrayış

9

5

4

664-606

14

6

Dərviş

9

3

6

549-560

12

7

Araz

9

1

8

517-633

10

8

BDU

9

0

9

416-813

9