00:15 31-01-2016
news_image

“Sərhədçi”də iki qələbə

Bakıda MMA üzrə “Azerbaijan Fighting Championship” beynəlxalq turnirlər seriyasına start verilib. Apasport.az saytının məlumatına görə, seriya çərçivəsində ilk yarış bu gün “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilib.

 

Yarışda Azərbaycanın və “Qəbələ” İdman Klubunun üç təmsilçisi də rinqə çıxıb. İdmançılarımızdan ikisi yarışı qələbəylə tərk edib.

 

70 kq çəki dərəcəsində çıxış edən Nəriman Abbasov rusiyalı Ravil Qadjiyevə qalib gəlib. Döyüşçümüz qarşılaşmanın taleyini ilk raundda həll edib.

 

Gürcüstanlı Giorgi Maparaşvili ilə üz-üzə gəlməli olan Hüseyn Əliyevin (77 kq) rəqibi son anda dəyişdiyindən o, rusiyalı Nasib Maqomedovla görüşüb. İdmançımız ikinci raundda rəqibini təslim olmağa məcbur edib.

 

Təmsilçilərimizdən yalnız Fuad Musayev (66 kq) qələbə qazana bilməyib. O, ölkəmizin digər idmançısı Pərvin Mustafayevə uduzub.

 

(gabalafc.az)