12:44 31-01-2016
news_image

Azərbaycanalı hakim Avropa kubokunda

Bolqarıstanın Sofiya şəhərində cüdo üzrə Avropa kuboku yarışı davam edir. Apasport.az saytı xəbər verir ki, beynəlxalq turnirdə dünyanın 58 ölkəsi ilə yanaşı Azərbaycanın cüdoçuları da mübarizə aparırlar.

 

Artıq cüdoçularımız Avropa Kubokunun ilk günündə medal (Elburus Zamanov (60 kq) - qızıl, İlkin Babazadə (66 kq) - bürünc) qazanmağa müvəffəq olublar.

 

Azərbaycan Cüdo Federasiyasından saytımıza verilən məlumata görə, Bolqarıstandakı Avropa kuboku ölkəmiz üçün daha bir əlamətdar hadisə ilə yadda qalacaq. Belə ki, beynəlxaq dərəcəli hakimimiz Elmar Babanlı da yarışın hakimləri arasındadır. Babanlı artıq bir neçə görüşü yüksək səviyyədə idarə edib.

 

Qeyd edək ki, Elmar Babanlı həm də Azərbaycan Cüdo Federasiyasının baş katibidir.