09:52 01-02-2016
news_image
646
TOP OYUNLARI

“Azəryol”un cavab matçının vaxtı dəqiqləşdi

Qadın voleybolçular arasında CEV kubokunun “Çelenc raund”unda mübarizə aparacaq “Azəryol”un İtaliya “Novara”sı ilə matçlarından birinin vaxtı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisi səfər görüşünə fevralın 23-də çıxacaq.

 

Novarada “Sportinq” şəhərində baş tutacaq cavab oyunu Bakı saatı ilə saat 23:30-da başlayacaq.

 

Qeyd edək ki, “Azəryol”un rəqibini qəbul edəcəyi tarix hələ dəqiqləşməyib. Paytaxtımızdakı oyun fevralın 9-11-i aralığında olmalıdı.