11:28 01-02-2016
news_image
581
STOLÜSTÜ OYUNLAR

Şəhriyar Məmmədyarov reytinq siyahısında gerilədi

Beynəlxalq Şahmat Federasiyası (FİDE) ilin ilk reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, yanvar üçün müəyyənləşən 100 ən yaxşı arasında yenə 4 Azərbaycan qrossmeysteri yer alıb.

 

Həmyerlilərimizdən ən yaxşı nəticə Şəhriyar Məmmədyarova məxsusdu. Ötən ay iki pillə irəliləyən qrossmeysterimiz bu dəfə geriləyib. 2 rəqibini özündən irəli buraxan Məmmədyarov yenidən 18-ci yerdədi - 2747 xal var.

 

Teymur Rəcəbovun (2726) mövqeyi dəyişməz qalıb. İlə 28-ci yerdə başlayan təmsilçimiz 2726 xala malikdi.

 

Komanda yoldaşları ilə müqayisədə yalnız Arkadi Naydiç irəliləməyə davam edir. Avqustdan millimizə cəlb olunan Latviya əsilli şahmatçı 2702 xalla 44-cü (+1) yerə yüksəlib.

 

Yığmamızın digər üzvü - Eltac Səfərli (2653) isə yenə 2653 xalla “100-lüy”ü qapayır.

 

Reytinq siyahısının ilk “üçlüy”ündə də dəyişiklik baş verib. Siyahıya yenə Maqnus Karlsen (2844) başçılıq etdiyi halda, Vladimir Kramnik (Rusiya, 2801) ikinci, Aniş Giri (Hollandiya, 2798) üçüncü yerə yüksəlib.

 

Qeyd edək ki, qadınların cədvəlində ən güclü 100 şahmatçı arasında Azərbaycan təmsilçisi yer almayıb.