09:50 02-02-2016
news_image
609
TOP OYUNLARI

“Lokomotiv”in “Volero” ilə hər 2 görüşünün vaxtı dəqiqləşdi

“Lokomotiv”in Çempionlar Liqasının pley-off mərhələsində oyunlarının vaxtı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, “dəmiryolçular” İsveçrənin “Volero” klubu ilə 1/6 finalın ilk matçına fevralın 10-da çıxacaqlar.

 

“Azərreyl” İdman Bazasından baş tutacaq qarşılaşma saat 18:00-da başlayacaq.

 

Sürix klubu isə “Lokomotiv”i fevralın 25-də qəbul edəcək. “Saalsporthalle”də təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.