19:14 02-02-2016
news_image
2624
TOP OYUNLARI

"Azərreyl" tay-brekdə sevindi - YENİLƏNİB

Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında 1 oyun keçirilib. Apasport.az saytının məlumatına görə, günün yeganə qarşılaşmasında “Azərreyl” “Azəryol”u qəbul edib.

 

Bu komandaların duelində Ziya Rəcəbovun yetirmələri favorit sayılsalar da, tay-brekdə “dəmiryolçular” qələbə qazanıblar. Onlar bununla da mövsümdə “Azəryol”u ilk dəfə ilk dəfə məğlub etməyi bacarıblar.

 

Belə ki, qarşılıqlı hücumlarla başlayan matçın ilk hissəsi “Azərreyl”in xeyrinə başa çatıb. Bundan sonra Ziya Rəcəbov taktiki gedişlər hesabına oyunda dönüş yaradıb. Nəticədə “Azəryol” status-kvonu bərpa edərək, hətta setlərin fərqində önə də keçib – 2:1.

 

Bu hesab “dəmiryolçular”ın düşdüyü çətin vəziyyətdən çıxmasına səbəb olub. Avrokubokla vidalaşdığından Super Liqada da biabırçılıqla üzləşmək istəməyən komanda bütün gücünü səfərbər edərək, dördüncü hissənin ikinci texniki fasiləsinə 11 top irəlidə çıxıb. Lakin onlar setin sonlarında yenidən təşəbbüsü əldən veriblər. “Azəryol” fərqi minimuma endirsə də (18:19), ardınca kobud səhvlər Bülənt Karslıoğlunun yetirmələrinin xeyrinə işləyib – 25:20.

 

Tay-brekdə isə “Azərreyl” psixoloji üstünlük hesabına qələbə qazanıb – 15:10.

 

Beləliklə, aktivinə 2 xal yazan Bakı təmsilçisi müvəqqəti də olsa, liderliyə yüksəlib. Rəqiblərindən 1 oyun çox keçirən “Azərreyl” ən yaxın izləyicisi “Telekom”u 1 xal qabaqlayır.

 

 

2 fevral

XI tur

“Azərreyl” – “Azəryol” - 3:2 (25:22; 21:25; 20:25; 25:20; 15:10)

“Azərreyl” İdman Bazası

 

İlk dövrə: “Azərreyl” – “Azəryol” - 1:3 (25:27, 23:25, 25:15, 23:25)

İkinci dövrə: “Azərreyl” – “Azəryol” - 2:3 (19:25, 13:25, 25:21, 25:19, 14:16)

 

Yer

Komanda

O

Q

M

3:0

3:1

3:2

2:3

1:3

0:3

S/F

T/F

X

1

Azərreyl

12

9

3

7

1

1

1

1

1

30-12

984-757

27

2

Telekom

11

9

2

5

3

1

0

1

1

28-11

907-744

26

3

Lokomotiv

11

7

4

6

1

0

1

1

2

24-13

852-708

22

4

Azəryol

10

5

5

3

1

1

2

3

0

22-18

904-853

16

5

Gənclik

12

3

9

2

0

1

0

0

9

9-29

663-886

8

6

Tbilisi

9

0

9

0

0

0

0

0

9

0-27

348-675

0