15:04 02-02-2016
news_image
573
DİGƏR NÖVLƏR

Azərbaycan idmançısı Tailanda gedir

Azərbaycan Tailandda güllə atıcıları arasında keçiriləcək Dünya Kubokunda 1 snayperlə təmsil olunacaq. Apasport.az saytının məlumatına görə, martın 1-9-da baş tutacaq yarışda ölkəmizi idman şərəfini Ruslan Lunyov qoruyacaq.

 

Olimpiadaya “wild card” şansı olan 27 yaşlı snayperimiz Asiya ölkəsində 10 və 25 m məsafələrdə dəqiqliyini yoxlayacaq.

 

Dünya Kubokuna ümumilikdə 43 ölkədən 463 idmançı qatılacaq.