09:17 03-02-2016
news_image
643
TOP OYUNLARI

İtaliya klubunun Bakıya gələcəyi tarix dəqiqləşdi

Qadın voleybolçular arasında CEV kubokunun “Çelenc raund”unda oynayacaq “Azəryol”un ilk qarşılaşmasının vaxtı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisi İtaliyanın “Novara” klubunu fevralın 11-də qəbul edəcək.

 

“Azərreyl”in idman bazasında olacaq qarşılaşma saat 18:00-da başlayacaq.

 

Qeyd edək ki, Ziya Rəcəbovun komandası səfər matçına fevralın 23-də saat 23:30-da çıxacaq.