18:29 03-02-2016
news_image
4418
TOP OYUNLARI

“Lokomotiv” "Azərreyl"i vahid lider etdi - YENİLƏNİB

Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında XI turun daha bir matçı keçirilib. Apasport.az saytının məlumatına görə, “Azərreyl” İdman Bazasında baş tutan görüşdə “Lokomotiv” “Telekom”u sınağa çəkib.

 

Qarşılaşmada daha təcrübəli voleybolçulardan təşkil olunan “dəmiryolçular”ın qələbəsi ilə yekunlaşıb. İlk 2 dövrədə “Telekom”la bacarmayan “Lokomotiv” bu məğlubiyyətlərdən birinin revanşını alıb.

 

Belə ki, oyun Karlo Parisinin yetirmələrinin hücumu ilə başlayıb. Lakin setin gedişində Zoran Qayiçin götürdüyü taym-aut gənc yetirmələrini düşdüyü çətin vəziyyətdən çıxarıb. Nəticədə “Telekom” hesab arasındakı fərqi azaldıb. Amma sonda komanda təcrübəsizliyin qurbanı olub – 0:1.

 

İkinci hissə də “Lokomotiv”in üstünlüyü şəraitində keçib. Çempionlar Liqasının pley-off mərhələsində oynayacaq komanda bu dəfə seti 3 top öndə bitirib.

 

Üçüncü hissə isə daha gərgin alınıb. “Telekom” ikinci dövrədə olduğu kimi yenə də matçın axarını dəyişməyə yaxın olub. Lakin gənclərdən qurulan komanda hesabı 24:24 etsə də, bunun ardını gətirə bilməyib. Yekunda “Lokomotiv” 3:0 hesablı qələbəyə sevinib.

 

Bu qələbə daha çox “Azərreyl”in işinə yarayıb. “Lokomotiv” “Telekom”la xal fərqini 1-ə endirdiyi halda, Bülənt Karslıoğlunun komandası vahid liderə çevrilib.

 

 

3 fevral

XI tur

“Lokomotiv” – “Telekom” - 3:0 (25:23; 25:22; 26:24)

“Azərreyl” İdman Bazası

 

İlk dövrə: “Lokomotiv” – “Telekom” - 1:3 (22:25; 25:15; 21:25; 25:27)

İkinci dövrə: “Telekom” – “Lokomotiv” - 3:2 (20:25; 18:25, 25:21, 25:16, 15:12)

 

Yer

Komanda

O

Q

M

3:0

3:1

3:2

2:3

1:3

0:3

S/F

T/F

X

1

Azərreyl

12

9

3

7

1

1

1

1

1

30-12

984-757

27

2

Telekom

12

9

3

5

3

1

0

1

2

28-14

976-820

26

3

Lokomotiv

12

8

4

7

1

0

1

1

2

27-13

928-777

25

4

Azəryol

10

5

5

3

1

1

2

3

0

22-18

904-853

16

5

Gənclik

12

3

9

2

0

1

0

0

9

9-29

663-886

8

6

Tbilisi

9

0

9

0

0

0

0

0

9

0-27

348-675

0