14:53 03-02-2016
news_image
1053
TOP OYUNLARI

Azərbaycan çempionatında oyunların vaxtı dəyişdirildi

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında növbəti dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, XIII tur çərçivəsində keçirilməli olan “Azərreyl” – “Lokomotiv” fevralın 6-dan həmin ayın 19-na keçirilib.

 

Bununla yanaşı, yanvarın 28-də təxirə düşən “Azəryol” – “Gənclik” matçının fevralın 13-də oynanılması qərara alınıb. Nəticədə III dövrənin son qarşılaşmaları aşağıdakı cədvəl üzrə təşkil olunacaq.

 

6 fevral

XV tur

16:00. “Azəryol” – “Telekom”

“Azərreyl” İdman Bazası

 

13 fevral

XIII tur

16:00. “Azəryol” – “Gənclik”

“Azərreyl” İdman Bazası

 

15 fevral

XIV tur

17:00. “Telekom” – “Azərreyl”

“Gənclik” Olimpiya İdman Kompleksi

 

XII tur

17:00. “Lokomotiv” – “Azəryol”

“Azərreyl” İdman Bazası

 

17 fevral

XX tur

18:00. “Azərreyl” – “Gənclik”

“Azərreyl” İdman Bazası

 

19 fevral

XIII tur

18:00. “Azərreyl” – “Lokomotiv”

“Azərreyl” İdman Bazası