18:14 03-02-2016
news_image
3420
DÖYÜŞ NÖVLƏRİ

Fazil Məmmədov Əjdər Cəfərovu vəzifədən kənarlaşdırdı

Azərbaycan Güləş Federasiyasının (AGF) baş katibi vəzifəsində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, AGF prezidenti Fazil Məmmədovun əmri ilə Əjdər Cəfərov vəzifəsindən azad edilib.

Qurum rəhbərinin digər əmrinə əsasən, Rəşad Allahverdi oğlu Əli-Zadə Azərbaycan Güləş Federasiyasının baş katibi təyin olunub.

Qeyd edək ki, Rəşad Əli-Zadə bundan əvvəl Azərbaycan Otüstü Hokkey Federasiyasında çalışıb.