10:36 04-02-2016
news_image
1710
DÖYÜŞ NÖVLƏRİ

Hacı Əliyev hamıdan öndə, Toğrul Əsgərov ilk “üçlük”dən kənarda

Dünya Güləş Birliyi 2016-cı ilin yanvarında keçirilən yarışların nəticəsinə əsasən, sərbəst güləş üzrə yeni reytinq siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, siyahıda 11 idmançımız yer alıb.

 

Ən yaxşı göstərici ötən ilki Dünya çempionatında ikinci çempionluğunu qazanan Hacı Əliyevdədi. O, öz çəkisində birincisidi. Dünya çempionatının gümüş medalını qazanan Cəmaləddin Məhəmmədov reytinqdə də ikinci sırada mövqeyini qoruyub. Komandanın kapitanı Xetaq Qazyumov isə üçüncü pillədə qərarlaşıb. 


Olimpiya çempionlarımız Toğrul Əsgərov və Şərif Şərifovun da mövqelərində dəyişiklik baş verməyib. Güləşçilərimiz müvafiq olaraq, 4 və 6-cı yerdə qərarlaşıb.

61 kq 
1. Hacı Əliyev - Qızıl Qran Pri 1-ci yer (1)

65 kq 
4. Toğrul Əsgərov - Qızıl Qran Pri 2-ci yer (4)
19. Coşqun Əzimov - Əli Əliyev turniri 1-ci yer (18)

70 kq 
12. Ruslan Dibirhacıyev - Avropa Oyunları 3-cü yer (10)

74 kq 
13. Cəbrayıl Həsənov - Qızıl Qran Pri 1-ci yer (13)

86 kq 
7. Məhəmmədhacı Xatiyev - Dünya çempionatı 5-ci yer (5)
14. Aleksandr Qostiyev - Qızıl Qran Pri 1-ci yer (13)
18. Nurməhəmməd Hacıyev - Qızıl Qran Pri 2-ci yer (16)

97 kq 
3. Xetaq Qazyumov - Dünya çempionatı 3-cü yer (3)
6. Şərif Şərifov - Qızıl Qran Pri 2-ci yer (6)

125 kq 
2. Cəmaləddin Məhəmmədov - Qızıl Qran Pri 2-ci yer (2)

Qeyd: İdmançıların adları qarşısında onların iştirak etdikləri son yarışda əldə etdiyi nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.