
17:54
Cəbəllütariqdə keçirilən şahmat festivalı başa çatıb. Apasport.az saytının məlumatına görə, yarışa qatılan Azərbaycan millisinin qrossmeysteri Arkadi Naydiç ümidləri doğrultmayıb.
Milliləşdirilmiş şahmatçımız 150 zəka sahibi arasında 81-ci yeri tutub. O, 10 görüşdə cəmi 5,5 xal toplamağı bacarıb.
Festivalın qalibi adını 8 xala malik Maksim Vaşer-Laqrav (Fransa) qazanıb. İkinci yerdə Hikaru Nakamura (ABŞ, 8 xal), Üçüncü pilləni isə Etyen Bakrot (Fransa, 7,5) tutub.