10:02 06-02-2016
news_image

Startda 4 medal

Türkiyənin İstanbul şəhərində sərbəst və qadın güləşi üzrə Yaşar Doğunun xatirəsinə həsr olunan sayca 44-cü beynəlxalq turnirə start verilib. Güləş Federasiyasından apasport.az saytına verilən məlumata görə, turnirdə iştirak edən böyüklərdən ibarət sərbəst güləş üzrə yığma komandanın üzvləri ilk yarış günündə 1 gümüş və 3 bürünc medal qazanıb.

Belə ki, 70 kq çəki dərəcəsində mübarizə aparan Hacımurad Ömərov bütün rəqiblərini üstələyərək finala yüksəlib. Finalda Türkiyə təmsilçisinə uduzan güləşçimiz turnirin gümüş medalına yiyələnib. 

57 kq-da yığmamızı təmsil edən Mahir Əmiraslanov və Giorgi Edişeraşvili, həmçinin 70 kq-da təmsilçimiz Gitinomaqomed Hacıyev bürünc medal uğrunda görüşdə qalib gələrək, fəxri kürsünün üçüncü pilləsində qərarlaşıb.

Bu gün 61, 74 və 125 kq, fevralın 7-də isə 65, 86 və 97 kq çəki dərəcələrində sərbəst güləşçilər mübarizəyə qoşulacaq.