10:26 06-02-2016
news_image

Mariya Stadnik mövqeyini qorudu

Dünya Güləş Birliyi 2016-cı ilin yanvar ayında keçirilən yarışların nəticəsinə əsasən, qadın güləşi üzrə yeni reytinq siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, qadın güləşçilərin reytinq sıralamasında 7 güləşçimizin adı var.

 

Millimizin üzvləri yanvarda turnirlərdə iştirak etmədiklərinə görə mövqelərində irəliləyiş olmayıb. Son dünya çempionatının gümüş medalçısı Mariya Stadnik reytinq siyahısında ikinciliyini qoruyub. Həmçinin Anjela Doroqan (53 kq, 6-cı yer), Nataliya Sinişin (55 kq, 7-ci yer) və İrina Netreba (60 kq, 4-cü yer) da yerlərində qalıblar. Dünya çempionatının bürünc medalçısı Yuliya Ratkeviç isə 2 pillə geriləyərək 6-cı yerdə qərarlaşıb. 

48 kq
2. Mariya Stadnik - Dünya çempionatı 2-ci yer (2)

53 kq 
6. Anjela Doroqan - Dünya çempionatı 5-ci yer (6)

55 kq 
7. Nataliya Sinişin - Qızıl Qran Pri 2-ci yer (7)
13. Alyona Kolesnik - U-23 AÇ 1-ci yer (12)

58 kq
6. Yuliya Ratkeviç - Dünya Çempionatı 3-cü yer (4)

60 kq 
4. İrina Netreba - Polşa turniri 3-cü yer (4)

63 kq
18. Nadya Muşka - Polşa turniri 2-ci yer (14)

Qeyd: İdmançıların adları qarşısında onların iştirak etdikləri son yarışda əldə etdiyi nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.