14:33 06-02-2016
news_image
586
TOP OYUNLARI

“Azəryol”un oyunu almaniyalı hakimə tapşırıldı

Qadın voleybolçular arasında CEV kubokunun “Çelenc raund”unun ilk oyunlarını idarə edəcək hakimlər açıqlanıb. Apasport.az saytının məlumatına görə, Avropa Voleybol Konfederasiyası Bakının “Azəryol” klubunun “Novara” (İtaliya) ilə görüşü almaniyalı Munir Fattaha həvalə edib.

 

Bakıda, “Azərreyl” İdman Bazasında keçiriləcək qarşılaşmada ikinci hakim funksiyasını slovakiyalı İqor Porvaznik yerinə yetirəcək.

 

Qeyd edək ki, matç fevralın 11-də saat 18:00-da başlayacaq.