09:07 08-02-2016
news_image

Rəsul Çunayev liderliyini qoruyub

Dünya Güləş Birliyi 2016-cı ilin yanvar ayında keçirilən yarışların nəticəsinə əsasən, yunan-Roma güləşi üzrə yeni reytinq siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, cədvəldə ötən ay yer alan 12 güləşçimizin mövqeyində dəyişiklik baş verməyib.

 

Avropa Oyunlarının qızıl medalçısı, Las Veqasda dünya çempionluğuna yiyələnən Rəsul Çunayev reytinqdəki liderliyini saxlayıb. Mövqeyini dəyişməyən daha bir güləşçimiz, son dünya çempionatının gümüş medalçısı Rövşən Bayramov olub. O reytinqdə ikinci sıradadı. Öz çəkisində reytinqin ikincisi olan digər bir güləşçimiz isə Saman Təhmasibidi. Mərhum prezident Heydər Əliyevin xatirəsinə həsr olunmuş Qızıl Qran-pri beynəlxalq turnirinin final mərhələsinin qalibi olan Sabah Şəriəti də reytinqdəki mövqeyini saxlayıb. 

Bundan başqa, daha 4 yunan-Roma güləşçimiz ilk onluqda mövqelərini qoruyub. Qızıl Qran-pri beynəlxalq turnirinin final mərhələsinin mükafatçıları Elvin Mürsəliyev (75 kq) və Rafiq Hüseynov (80 kq) 6-cı, Həsən Əliyev (66 kq) 9-cu, İslam Abbasov (85 kq) isə 10-cu sıradadı.

59 kq
2. Rövşən Bayramov - Dünya çempionatı 2-ci yer (2)
12. Elman Muxtarov - Avropa Oyunları 3-cü yer (12)

66 kq
9. Həsən Əliyev - Qızıl Qran Pri 3-cü yer (12)
18. Kamran Məmmədov - Qızıl Qran Pri 2-ci yer (nr)

71 kq
1. Rəsul Çunayev - Dünya çempionatı 1-ci yer (1)

75 kq
6. Elvin Mürsəliyev - Qızıl Qran Pri 3-cü yer (5)

80 kq 
6. Rafiq Hüseynov - Qızıl Qran Pri 2-ci yer (2)

85 kq
2. Saman Təhmasibi - Dünya çempionatı 3-cü yer (4)
10. İslam Abbasov - Qızıl Qran Pri 3-cü yer (13)

98 kq
17. Şalva Qadabadze - Qızıl Qran Pri 1-ci yer (nr)
18. Orxan Nuriyev - Paris Qran Pri turniri 3-cü yer (18)

130 kq
4. Sabah Şəriəti - Qızıl Qran Pri 1-ci yer (5)

Qeyd: İdmançıların adları qarşısında onların iştirak etdikləri son yarışda əldə etdiyi nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.