09:18 08-02-2016
news_image

Boksçumuz Debretsendə fəxri kürsünün ən yüksək pilləsinə qalxdı - FOTO

Macarıstanın Debretsen şəhərində boks üzrə beynəlxalq turnirə yekun vurulub. Apasport.az saytının məlumatına görə, Azərbaycan boksçuları yarışda 1 qızıl, 2 gümüş və 1 bürünc medala sahib olub.


56 kq cəki dərəcəsində mübarizə aparan Tayfur Əliyev finalda Böyük Britaniya təmsilçisi Aşfaq Qaisdadi məğlub edərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Ondan fərqli, Kamran Şahsuvarlı (75 kq) finalda fransalı Kristian Mbilliye uduzub. 
 

64 kq çəki dərəcəsində çıxış edən Lorenzo Sotomayor da 2-ci yerə layiq görülüb. Kuba əsilli boksçumuz finalda qazaxıstanlı Ablaixan Jussupova məğlub olub. Yığmamızın liderlərindən hesab edilən Teymur Məmmədov isə (81 kq) yarımfinalda mübarizəni dayandıraraq, bürünc medalla kifayətlənib.