12:34 08-02-2016
news_image
852
DİGƏR NÖVLƏR

Azad Rəhimov Bakı Olimpiya Stadionunda toy mərasimlərinin keçirilməsinə münasibət bildirdi

"Bakı Olimpiya Stadionunda mərasimlərin təşkili ilə bağlı qərar stadionun pul qazanması üçün bir imkandı və xərclərini ödəmək baxımından mühümdü". APA-nın məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov deyib.

 

Nazir dünya təcrübəsində də belə halların olduğunu deyərək, təkcə Olimpiya Stadionunda deyil, Bakı Atıcılıq Mərkəzində də mərasimlərin təşkili üçün gözəl şərait olduğunu vurğulayıb: "Burda ad günləri, mərasimlər keçirmək üçün istənilən şərait var. Şəxsən mən İspaniyanın Madrid şəhərindəki stadionda olanda belə tədbirlərin keçirilməsinin şahidi olmuşam".