12:04 09-02-2016
news_image

Avstriyaya yollanacaq yığmamızın heyəti dəqiqləşdi

Cüdo üzrə Azərbaycan millisi həftəsonu daha bir yarışa qatılacaq. Apasport.az saytının məlumatına görə, bütün turnirlərdə iştirak edən yığmamız bu dəfə Avstriyanın Obervart şəhərində keçiriləcək açıq Avropa çempionatında mübarizə aparacaq.

 

Komandamızın baş məşqçisi burada əsasən ehtiyat qüvvəyə güvənəcək. Belə ki, 21 nəfərlik heyətdə millinin əsas heyətindən yalnız Uşanqi Kokauri (+100 kq) yer alıb. Onunla yanaşı, Vüqar Şirinli, Elbrus Zamanov, Oruc Vəlizadə, Davud Məmmədsoy (hamısı 60 kq), Hidayət Heydərov, Telman Vəliyev, Rəşad Rufullayev, Turan Seyidov (hamısı 66 kq), Fəqan Quluzadə, İsmayıl Piriyev, Vüqar Bayramov (hər üçü 73 kq), Əbdulhaqq Rəsullu, Rüstəm Alimli, Ziya Namazov, Elvin Əhmədli (hamısı 81 kq), Məhəmmədəli Mehdiyev, Ramin Qurbanov, Tural Səfquliyev, Şahin Qəhrəmanov (hamısı 90 kq) və Cəlil Şükürov (100 kq) tatamiyə çıxacaq.

 

Fevralın 13-14-də təşkil olunacaq yarışda isə ümumilikdə 52 ölkədən 301 cüdoçu iştirak edəcək. Maraqlıdı ki, yarış üçün cəmi 5 qadın idmançı sifariş edilib.