14:32 10-02-2016
news_image
819
TOP OYUNLARI

“Novara” yaxşı nəticə qazanmağa çalışacaq” – Yelena Parxomenko

“Ağır məşqlər keçirik və bunun bəhrəsini görürük ki, günü-gündən komanda daha da yaxşı oynayır”. Apasport.az saytının məlumatına görə, bunu “Azəryol”un voleybolçusu Yelena Parxomenko deyib.

 

Təcrübəli blokçu CEV kubokunun “Çelenc raund”unda İtaliya “Novara”sı ilə ilk oyun öncəsi fikirlərini açıqlayıb. Parxomenko bildirib ki, sabah “Azərreyl”in İdman Bazasında baş tutacaq görüşdə komandasını yalnız qələbə qane edəcək: “Ölkə çempionatındakı son 2 matç bir sıra çatışmazlıqları üzə çıxardı. Çünki həmin qarşılaşmalarda bəzi səhvlərə yol vermişdik. Buna baxmayaraq, hazırda yaxşı formadayıq və görüşə tam hazırıq. “Novara” ilə matçda öz oyunumuzu nümayiş etdirə bilsək, qarşılaşma bizim üçün müsbət macərada yekunlaşacaq. Belə olsa ev qələbəsi qazanacağıq. Bilirəm ki, gərgin oyun keçəcək və “Novara” mümkün qədər yaxşı nəticə qazanmağa əlindən gələni edəcək. Qəbulda və servisdə səviyyəmizi ortaya qoyub, üstün olacağımızı düşünürəm”.