13:24 11-02-2016
news_image
1399
TOP OYUNLARI

Türkiyə derbisi azərbaycanlı hakimə tapşırıldı

Avropa Voleybol Konfederasiyası azərbaycanlı hakimlər Eldar Zülfüqarovla Eldar Əliyevə növbəti təyinat göndərib. Apasport.az saytının məlumatına görə, həmyerlilərimiz 2 fərqli oyun idarə edəcəklər.

 

Belə ki, Əliyev Rusiya dueli – “Dinamo” (Kazan) – “Uraloçka” görüşündə əsas fit sahibi olacaq. Fevralın 24-də keçiriləcək cavab görüşündə onun köməkçisi finlandiyalı Kari Partyaynen olacaq. Komandalar arasında ilk oyun bu gün baş tutacaq.

 

Zülfüqarov isə Türkiyə derbisində ədaləti qoruyacaq. Referimizə “Lokomotiv” (Azərbaycan) – “Volero” (İsveçrə) cütünün potensial rəqiblərinin – “Vakıfbank”la “Əczaçıbaşı”nın oyunu etibar edilib. Fevralın 24-də olacaq matça əsas hakim kimi italiyalı Stefano Çezare təyinat alıb. İstanbul təmsilçilərinin ilk oyununda “Vakıfbank” 3:2 hesabı ilə qalib gəlib.