15:47 12-02-2016
news_image

Yığmamız beynəlxalq turnirdə mübarizə aparacaq

Fevral 13-14-də Kiyevdə Ukraynanın görkəmli güləşçi və məşqçilərinin xatirəsinə həsr olunmuş sərbəst, yunan-Roma və qadın güləşi üzrə XX beynəlxalq turnir keçiriləcək. Azərbaycan Güləş Federasiyasından apasport.az saytına verilən məlumata görə, turnirdə qadın güləşi üzrə yığma komandamızın üzvləri iştirak edəcək. 


Baş məşqçi Semyon Şterev və böyük məşqçi Nazim Əlicanovun rəhbərliyi altında turnirdə Mariya Stadnik (48 kq), Leyla Qurbanova (53 kq), Nataliya Sinişin, Almaz İsmayılova, Alyona Kolesnik (hamısı 55 kq), Yuliya Ratkeviç (58 kq) və Gözəl Zutova (69 kq) sınaqdan keçiriləcək. 

Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Əbdül Nuriyev ölkəmizi təmsil edəcək. 

Proqrama əsasən, fevralın 13-də 48, 55, 60, 69 kq, 14-də isə 53, 58, 63 və 75 kq çəki dərəcələrində qadın güləşçilər yarışacaq.