00:33 14-02-2016
news_image

Cüdoçularımızdan fırtına kimi başlanğıc

İspaniyanın Fuengirola şəhərində yeniyetmələr arasında cüdo üzrə Avropa kubokuna start verilib. Apasport.az saytının məlumatına görə, yarışın ilk günü Azərbaycan milli komandası üçün uğurlu olub.

 

Belə ki, cüdoçularımız 3 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıblar.

 

Oğlanlar arasında Rövşən Əliyev (50 kq), Vüsal İbrahimov (55 kq), Elçin Hüseynov (60 kq) qızıl, Rüfət Məmmədov (50 kq), Yaşar Nəcəfov (55 kq) və Murad Fətiyev (66 kq) bürünc medal qazanıb.

 

Qızların yarışında isə Şəfəq Həmidova (44 kq) gümüş, Gültac Məmmədəliyeva (48 kq) bürünc medal qazanıb.

 

Digər cüdoçumuz Şəhanə Hacıyeva Avropa kubokunda 5-ci olub.

 

Bununla da, Azərbaycan millisi yarışın ilk günündə aktivində 8 medal yazdıraraq komanda hesabında birinci yerdə gedir.

 

(ACF-nin rəsmi feysbuk səhifəsi)