21:20 15-02-2016
news_image
2978
TOP OYUNLARI

"Telekom" liderliyini qorudu, “Azəryol”dan əzmkar qələbə

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, günün ilk görüşündə “Telekom” “Azərreyl”i qəbul edib.

 

İlk 2 dövrədə rəqibindən xal ala bilməyən “rabitəçilər” bu dəfə revanş arzusuna çatıblar. İlk iki setdə çətinliklə qələbə qazanan "Telekom" 3-cü seti rəqibə güzəştə getməli olub. Ancaq sonradan toparlanan nominal meydan sahibləri sonuncu seti qazanaraq ümumi hesabda qələbəni rəsmiləşdiriblər.

 

Bu matçın ardınca “Lokomotiv” – “Azəryol” görüşünə start verilib. Avrokubokda mübarizəni davam etdirən klubların dueli gözlənildiyi kimi gərgin mübarizə şəraitində keçib. İlk seti qaznan “yolçəkənlər” sonrakı iki hissə sevincə həsrət qalıblar. Ancaq “dəmiryolçular”in bundan artığına gücü çatmayıb. Toparalanaraq hücumlarını artıran Ziya Rəcəbovun yetirmələri əvvəlcə hesabı bərabərləşdiriblər. Tay-brekdə də üstün oynayan "Azəryol" dramatik şəraitdə keçən oyunda qələbə qazanmağı bacarıb.

 

15 fevral

XIV tur

“Telekom” – “Azərreyl” - 3:1 (25:23, 25:23, 19:25, 25:23)

“Gənclik” Olimpiya İdman Kompleksi

 

İlk dövrə: “Telekom” – “Azərreyl” – 1:3 (22:25, 25:22, 18:25, 17:25)

İkinci dövrə: “Azərreyl” – “Telekom” - 3:0 (25:17, 25:18, 25:21)

 

XII tur

“Lokomotiv” – “Azəryol” - 2:3 (16:25, 25:23, 25:18, 21:25, 14:16)

“Azərreyl” İdman Bazası

 

İlk dövrə: “Lokomotiv” – “Azəryol” – 3:1 (25:22, 25:22, 22:25, 25:23)

İkinci dövrə: “Azəryol” – “Lokomotiv” - 3:0 (25:18, 25:19, 26:24)

 

Yer

Komanda

O

Q

M

3:0

3:1

3:2

2:3

1:3

0:3

S/F

T/F

X

1

Telekom

14

11

3

5

4

2

0

1

2

34-17

1181-1015

31

2

Azərreyl

13

9

4

7

1

1

1

2

1

31-15

1078-851

27

3

Lokomotiv

13

8

5

7

1

0

2

1

2

29-16

1034-884

26

4

Azəryol

12

6

6

3

1

2

3

3

0

27-23

1112-1065

19

5

Gənclik

13

3

10

2

0

1

0

0

10

9-32

698-961

8

6

Tbilisi

9

0

9

0

0

0

0

0

9

0-27

348-675

0