11:00 15-02-2016
news_image

Taekvondo yığmamız “Turkish open”ə 2 medalla başladı

Türkiyənin Antalya şəhərində taekvondoçular arasında “Turkish open” beynəlxalq turnirinə start verilib. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, sayca 3-cü dəfə təşkil olunan G1 kateqoriyalı yarışın ilk günü Azərbaycan milli üçün uğurlu alınıb.


Belə ki, ötən il yığma komandanın heyətində Dünya Kubokuna sahib olan Sina Bahrami (63 kq) rəqiblərinə şans verməyərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Ondan fərqli, yarımfinalda məğlub olan Məmmədalı Quliyev (58 kq) bürünc medala yiyələnib.

 

Qeyd edək ki, 3 gün keçiriləcək yarışın növbəti günü gənclərdən ibarət millimiz yarışa qatılacaq.