09:19 16-02-2016
news_image
451
TOP OYUNLARI

“Azəryol” üçün rusiyalı

Qadın voleybolçular arasında CEV kubokunun “Çelenc raund”unun cavab görüşlərini idarə edəcək hakimlər dəqiqləşib. Apasport.az saytının məlumatına görə, Avropa Voleybol Konfederasiyası “Novara” (İtaliya) - “Azəryol” (Azərbaycan) matçını rusiyalı Kirill Nesterenkoya həvalə edib.

 

Fevralın 23-də baş tutacaq qarşılaşmada ikinci hakim funksiyasını isə Boris Skudnik (Sloveniya) yerinə yetirəcək.

 

Qeyd edək ki, “Azəryol” ilk matçda 3:1 hesabı ilə qalib gəlib.