09:22 18-02-2016
news_image
740
TOP OYUNLARI

Bakı klubunun oyunçusu Slovakiyada ən yaxşı seçildi - FOTO

Slovakiyada 2015-ci ilin ən yaxşıları açıqlanıb. Apasport.az saytının məlumatına görə, 2 aylıq səsvermənin nəticəsinə əsasən Bakının “Lokomotiv” klubunun blokçusu Yaroslava Pencova ölkəsinin ən yaxşı voleybolçusu seçilib.

 

26 yaşlı oyunçu bu siyahıda respondentlərdən 155 səs alıb. Bununla da o, ən yaxın izləyicisi, Almaniyanın “Aahen” klubunda forma geyinən Dominika Valaçovanı 50 xal qabaqlayıb.

 

Qeyd edək ki, Pencova ardıcıl 3 dəfə Slovakiyanın ən yaxşı voleybolçusu seçilib. O, 2012-ci ildə estafeti məhz Valaçovadan təhvil alıb.