17:04 18-02-2016
news_image
1001
TOP OYUNLARI

“Lokomotiv”in gücü "Tbilisi"yə çatdı - YENİLƏNİB

Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında daha 1 matç oynanılıb. Apasport.az saytının məlumatına görə, günün yeganə görüşündə “Lokomotiv”  “Tbilisi”ni sınağa çəkib. 

 

Bakı klubunun İdman Bazasında baş tutan qarşılaşmada “dəmiryolçular” asan qələbəyə seviniblər. Qeyri-stabil oyun nümayiş etdirən Karlo Parisinin yetirmələri ilk 2 dövrədə olduğu kimi gürcülərə bu dəfə də 1 set belə güzəştə getməyiblər - 3:0. Bu qələbə "Lokomotiv"in "Azərreyl"lə xal fərqini 1-ə endirib.

 

 

18 fevral

XV tur

 

“Lokomotiv” – “Tbilisi” - 3:0 (25:11; 25:20; 25:5)

“Lokomotiv” İdman Bazası

 

I dövrə: “Tbilisi” - “Lokomotiv” - 0:3 (11:25; 16:25; 8:25)

II dövrə: “Tbilisi” – “Lokomotiv” 0:3 (7:25; 8:25; 14:25)

 

 

Yer

Komanda

O

Q

M

3:0

3:1

3:2

2:3

1:3

0:3

S/F

T/F

X

1

Telekom

14

11

3

5

4

2

0

1

2

34-17

1181-1015

31

2

Azərreyl

14

10

4

8

1

1

1

2

1

34-15

1153-904

30

3

Lokomotiv

14

9

5

8

1

0

2

1

2

32-16

1109-920

29

4

Azəryol

13

7

6

4

1

2

3

3

0

30-23

1187-1108

22

5

Gənclik

14

3

11

2

0

1

0

0

11

9-35

751-1036

8

6

Tbilisi

11

0

11

0

0

0

0

0

11

0-33

427-825

0

 

Qeyd edək ki, bu gün "Telekom" - "Gənclik" matçı keçirilməli olsa da, təxirə salınıb.