13:29 18-02-2016
news_image

Yığmamızın Köln və Berlində təlim-məşq toplanışı olacaq

Azərbaycan millisinin cüdoçusu Nicat Şıxəlizadə zədəsini bərpa edib. Cüdo Federasiyasından apasport.az saytına verilən məlumata görə, noyabrda Çində keçirilən Qran-pridə ayağından zədələnən yığmamızın əsas heyət üzvü artıq komanda ilə birgə məşqlərə start verib.

 

Lakin həkimlər 66 kq çəki dərəcəsində mübarizə aparan Şıxəlizadənin sabah Düsseldorfda başlayacaq Qran-pridə iştirakını məqsədəuyğun saymayıblar. O və millinin Almaniyada yarışa qatılacaq cüdoçuları Köln və Berlində keçiriləcək təlim-məşq toplanışına da qatılacaqlar.

 

Qeyd edək ki, Düsseldorfdakı Qran-pri fevralın 19-20-də baş tutacaq. Yarışda millimiz 13 idmançı ilə təmsil olunacaq.