15:22 18-02-2016
news_image
673
TOP OYUNLARI

Yığmamızın Fransa ilə oyununun vaxtı dəqiqləşdi

19 yaşadək qız voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatında oyunlarının vaxtı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, mübarizəyə 2-ci seçmə mərhələdən başlayacaq Vüqar Əliyevin yetirmələri ilk görüşlərini qrupumuzun oyunlarına ev sahibliyi edəcək Latviya yığmasına qarşı keçirəcək.

 

Super Liqada “Gənclik” adı altında təcrübəsini artıran komandamız ardınca Sloveniya və Fransa voleybolçuları ilə münasibətlərinə aydınlıq gətirəcək.

 

İkinci mərhələdə 1-ci olan komandalar birbaşa final mərhələsinə yüksələcək. Qrup ikinciləri və ən yaxşı nəticəyə malik 3-cü yer sahibi isə 3-cü seçmə mərhələdə qüvvəsini sınayacaq.

 

F qrupu

1 aprel

19:30. Fransa – Sloveniya

22:00. Latviya – Azərbaycan

 

2 aprel

18:30. Sloveniya – Azərbaycan

21:00. Fransa – Latviya

 

3 aprel

18:30. Azərbaycan – Fransa

21:00. Sloveniya - Latviya