00:01 19-02-2016
news_image
2711
DÖYÜŞ NÖVLƏRİ

Taekvondoçularımız Türkiyədə medal qoymadı: 2 qızıl, 3 gümüş və 2 bürünc

Azərbaycan taekvondoçuları Türkiyədə keçirilən yarışlarda uğularını davam etdirir. Apasport.az saytının məlumatına görə, Antalyada təşkil edilən “Turkish Open” beynəlxalq turnirinin ardından 4-cü klublararası Avropa çempionatında ölkəmizi təmsil edən "Gilan" TK-nın taekvondoçuları yarışın ilk günü 2 qızıl, 3 gümüş və 2 bürünc, ümumilikdə isə 7 medal qazanıblar.

 

Kişilər arasında komanda hesabında birinci pilləyə sahib olan “Gilan” taekvondo klubunun baş məşqçisi Elnur Amanovun yetirmələrindən 58 kq çəki dərəcəsində mübarizəyə qatılan Zəlimxan Rəşidov və yığma komandanın heyətində son dünya kubokunun sahibi Məhəmməd Məmmədov (63 kq) rəqiblərinə şans verməyərək qızıl medala yiyələnib.

 

I Avropa Oyunlarının qalibləri Ayxan Tağızadə (68 kq) və Radik İsaev (+87 kq), eləcə də 74 kq çəki dərəcəsində dayanq üzərinə çıxan Namaz Heydərov finalda məğlub olaraq gümüş medala layiq görülüblər.

 

Klubun digər üzvlərindən Məcid Sofiyev (54 kq) və Milad Beigi Hərçəqani (80 kq) isə yarışla yarımfinal mərhələsində vidalaşmalı olub.

 

Qeyd edək ki,növbəti iki gün ərzində Sumqayıt OİK və Təhsil RİM-nin idmançıları qüvvələrini sınayacaq.