11:58 19-02-2016
news_image

Boksçularımız Qazaxıstandan 3 medalla qayıdır

Qazaxıstanın Ust-Kamenaqorsk şəhərində boks üzrə yeniyetmələr arasında beynəlxalq turnirə yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışda yerli idmançılarla yanaşı Özbəkistan, Azərbaycan, Rusiya, Qırğızıstan və Monqolustanın yeniyetmə idmançıları çıxış ediblər.

 

Milli komandamızın üzvü Əflatun Babayev (50 kq) bütün görüşlərdə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Daha iki boksçumuz isə turniri bürünc medalla başa vurub.

 

Həmyerlimiz Elnur Məmmədli yarışın ən yaxşı hakimi adına layiq görülüb.