22:00 20-02-2016
news_image

Milli komandamız ABŞ-a yollandı

Boks üzrə milli komandamız təlim-məşq toplanışı üçün Amerika Birləşmiş Ştatlarına yollanıb. Azərbaycan Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, ABŞ-ın Kolorado ştatının Kolorado Sprinqs şəhərində təşkil olunan təlim-məşq toplanışı 10-12 gün davam edəcək.

 

İdmançılarımız okeanın o tayında həm amerikalı, həm də meksikalı idmançılarla birlikdə məşq edəcəklər.

 

Baş məşqçi Pedro Roke və böyük məşqçi Nəriman Abdullayevin rəhbərliyi altında komandamız ABŞ-a bu heyətlə yollanıb:

 

49 kq – Rüfət Hüseynov

52 kq – Elvin Məmişzadə

56 kq – Tayfur Əliyev

56 kq – Cavid Çələbiyev

60 kq – Albert Səlimov

64 kq – Lorenso Sotomayor

69 kq – Pərviz Bağırov

75 kq – Kamran Şahsuvarlı

81 kq – Teymur Məmmədov

91 kq – Abdulkadir Abdullayev

+91 kq – Məhəmmədrəsul Məcidov