14:47 22-02-2016
news_image
559
TOP OYUNLARI

“Onlar “Lokomotiv”lə matçda bunu etməyə hazırdılar” - FOTO

“Heç bir oyunçu və məşqçi uduzmaq istəməz. Düşünürəm ki, “Lokomotiv” ilk matçda çox gözəl oynadı. Biz isə öz oyun ritmimizi tuta bilmədik”. Apasport.az saytının məlumatına görə, bunu İsveçrənin “Volero” voleybol klubunun baş məşqçisi Avital Selincer deyib.

 

Təcrübəli mütəxəssis Çempionlar Liqasının 1/6 final mərhələsi çərçivəsinin “Lokomotiv”lə cavab oyunu öncəsi fikirlərini açıqlayıb. O ilk matçda Bakı təmsilçisinə 2:3 hesabı ilə uduzmasına baxmayaraq, mərhələ adlayacaqlarına inam ifadə edib: “İlk görüşlə müqayisədə daha yaxşı oynaya bilərik. Əminəm ki, Bakıdakı məğlubiyyətin əvəzini çıxa biləcəyik. Voleybolçularımız bunu ev qarşılaşmasında sübut etməyə də hazırdılar”.

 

Qeyd edək ki, “Volero” – “Lokomotiv” matçı fevralın 25-də olacaq.