01:58 24-02-2016
news_image
4927
TOP OYUNLARI

“Azəryol” yarımfinalda!

Qadın voleybolçular arasında CEV kubokunun “Çelenc raund” mərhələsinin cavab oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, yarımfinala gedən yolda Bakının “Azəryol” klubu “Novara”nın qonağı olub.

 

Gərgin keçən qarşılaşmada sevinən tərəf təmsilçimiz olub. İlk matçda 3:1 hesablı qələbə qazanmış voleybolçularımıza ikinci qarşılaşmda 2 set qazanmaq kifayət edirdi.

 

Bu səbəbdən oyun çox gərgin məcrada keçib. İlk seti məğlub olan "yolçəkənlər" ikinci setdə çətinliklə də olsa, qalib gələ biliblər. Ziya Rəcəbovun yetirmələri 3-cü seti də uduzduqdan sonra, 4-cü hissədə çox da güc sərf etməyiblər. Gənc mütəxəssis əsas heyət oyunçularına istirahət verərək, onların gücünü "Qızıl set" üçün qoruyub.

 

Həlledici setdə isə 15:13 hesabı ilə qələbə qazanan "Azəryol" yarımfinala adlamağı bacarıb.

 

23 fevral

CEV kuboku

Çelenc raund, cavab oyunu

 

“Novara” (İtaliya) - “Azəryol” (Azərbaycan) - 3:1 (25:23, 26:28, 25:23, 25:18)

QIZIL SET: 13:15

Hakimlər: Kirill Nesterenko (Rusiya), Boris Skudnik (Sloveniya)

Novara, “Sportinq” Sarayı

 

İlk oyun: “Azəryol” (Azərbaycan) – “Novara” (İtaliya) - 3:1 (25:19; 25:17; 23:25; 25:17)