15:22 23-02-2016
news_image
836
TOP OYUNLARI

“Lokomotiv”in baş məşqçisi qovuldu

Qadın voleybolçular arasında Çexiya millisində baş məşqçi dəyişikliyi rəsmiləşib. Apasport.az saytının məlumatına görə, yığmanın çalışdırıcısı Karlo Parisi tutduğu vəzifədən azad edilib.

 

Buna hazırda Bakının “Lokomotiv” klubunda eyni vəzifəni yerinə yetirən 56 yaşlı mütəxəssisin komandaya uğur qazandıra bilməməyi səbəb olub.

 

Belə ki, Çexiya Voleybol Federasiyası Avro-2015-də millinin 11-ci yerdə qərarlaşmasından sonra məşqçi axtarışına çıxmışdı. Onlar Parisinin yerinə layiqli mütəxəssisi isə Almaniyada tapıblar. 2018-ci ilə kimi “Dresdner”lə müqaviləsi olan Aleksandr Vaibllə 1 illik razılıq əldə olunub.

 

Bakı klublarına qarşı dəfələrlə komanda çıxarmış Vaiblın qarşısına əsas hədəf 2017-ci ildə Azərbaycan və Gürcüstanda keçiriləcək Avropa çempionatına vəsiqə qazanmaq tapşırığı qoyulub. Baş məşqçi fəaliyyətə mayda, Avro-2017-nin seçmə mərhələsi ilə start verəcək.

 

Qeyd edək ki, Parisi 2012-ci ildən Çexiya millisində işləyirdi.