09:27 24-02-2016
news_image
554
TOP OYUNLARI

“Ştutqart”a qalib gəldi, “Azəryol”a rəqib oldu

“Azəryol” voleybol klubunun CEV kubokunun yarımfinal mərhələsindəki rəqibi dəqiqləşib. Apasport.az saytının məlumatına görə, “Çelenc raund”da İtaliyanın “Novara” klubunu mübarizədən kənarlaşdıran Ziya Rəcəbovun komandası finala gedən yolda Krasnodarın “Dinamo” klubu ilə qarşılaşacaq.

 

Rusiya təmsilçisi Almaniya “Ştutqart”ını məğlub etməklə bakılılara rəqib olub. Onlar həm evdə, həm də səfərdə 3:0 hesabı ilə qələbə qazanıblar.

 

Komandalar arasında ilk matç martın 8-də Krasnodarda, cavab oyunu isə ayın 12-də Bakıda olacaq.