09:43 24-02-2016
news_image
569
TOP OYUNLARI

Yenə Anna Stepanyuk

Qadın voleybolçular CEV kubokunun “Çelenc raund” mərhələsi çərçivəsində keçirilən “Novara” (İtaliya) - “Azəryol” (Azərbaycan) matçının statistik göstəriciləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisinin 1:3 hesabı ilə uduzub, “Qızıl set”də qələbə hesabına mərhələ adladığı qarşılaşmanın ən yaxşısı Samanta Fabris seçilib.

 

Rəqib voleybolçu komandamızdan 33 xal alıb. Lakin onun bu məhsuldarlığı yekunda “Azəryol”un sevinməsinə səbəb olub. Komandamızın heyətində ilk görüşün qəhrəmanı Anna Stepanyuk bu dəfə də özünü yaxşı tərəfdən göstərib.

 

Ziya Rəcəbovun etimad göstərdiyi 24 yaşlı hücumçu “Azəryol”a 17 xal qazandırıb. Komandamızın digər üzvlərindən Yekaterina Jidkova 16, Malika Kanzonq 14, Yelena Parxomenko 9, Edina Dobi ilə Stefanı Niemer hərəyə 8, Marin Apitz 4 və Şəfaqət Həbibova 1 dəqiq zərbə ilə fərqləniblər.

 

Qeyd edək ki, yarımfinala yüksələn “Azəryol” yarımfinalda Krasnodar “Dinamo”su ilə üz-üzə gələcək.