17:26 24-02-2016
news_image
2849
TOP OYUNLARI

20-ci “qızıl”

CEV kubokunun “Çelenc raund”u çərçivəsində təşkil olunan “Novara” - “Azəryol” matçında qeydə alınan “Qızıl set” Azərbaycan klublarının avrokuboklardakı çıxışları tarixinin 20-ci həlledici hissəsi olub. Apasport.az saytının məlumatına görə, 2010/2011 mövsümdən tətbiq olunan “lotereya”da indiyədək 19 dəfə qadın, 1 dəfə kişilərdən ibarət komandamız oynayıb.

 

İtaliya klubuna qalib gəlməklə, qələbələrimizin ümumi sayını 13-ə çatdıran “Azəryol” “Qızıl set”də ən çox sevinən Azərbaycan klubu adına yiyələnib.

 

Belə ki, bunadək 5 dəfə “lotereya”da bəxtini sınayan Bakı təmsilçisi 6-cı cəhdində 5-ci qələbəsini qazanıb. Bu, “Azəryol”un “Lokomotiv”i keçməsi ilə nəticələnib. “Novara” ilə matça kimi “dəmiryolçular” da onlarla eyni göstəriciyə malik idi – 5 “Qızıl set”də 4 qələbə.

 

Ümumilikdə 7 paytaxt klubu “Qızıl set”də mübarizə aparıb. Onlardan tarixin yaddaşına qovuşan “Rabitə” həlledici hissədə 100 faizlik nəticə göstərdiyi halda, “Bakı” bir dəfə rəqibini üstələyib. Bu klublardan fərqli, “Azərreyl”, “İqtisadçı” və “Azərneft” ekstra hissələrdə mərhələ adlaya bilməyib.

 

Maraqlıdı ki, “Qızıl set”lərdən ikisində Bakı klubları bir-birini sınağa çəkiblər. “Çelenc Cup”ın 2010/2011 mövsümündə “Lokomotiv” “İqtisadçı”ya, 1 il sonra “Bakı”ya həlledici setdə qalib gəlib.

 

Klublarımızın “Qızıl set”lərindən 4-ü Çempionlar Liqasına, 6-sı CEV kubokuna, 10-u “Çelenc cup”a təsadüf edib. Bu qarşılaşmalardan 7-si səfərdə, 13-ü evdə olub.

 

15 xala qədər davam edən “Qızıl set”də ən çox top “Lokomotiv” – “Brno” (Çexiya) matçına təsadüf edib. 2012-ci il fevralın 29-da “Çelenc Cup”ın 1/4 finalında baş tutan həlledici hissədə qalib 38 topun yekununa əsasən müəyyənləşib. Klublarımızdan ən asan qələbəni isə “Rabitə” qazanıb. Artıq fəaliyyətini dayandıran Bakı təmsilçisi Çempionlar Liqasının 2011/2012 mövsümünün 1/8 finalında Polşa “Atom”una 9 top fərqilə qalib gəlib.  

 

 

Klub

Qızıl set

Qələbə

Məğlubiyyət

Azəryol*

6

5

1

Lokomotiv

5

4

1

Rabitə

2

2

0

Bakı

2

1

1

Azərreyl

2

0

2

İqtisadçı

2

0

2

Azərneft

1

0

1

CƏMİ

20

13

7

 

Qeyd: “Azəryol” 2012-2015-ci illərdə “Azərreyl” adı altında çıxış edib.